Beş kəndə yola salınan növbəti köç karvanları Ağdərəyə çatıb
Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yola salınan növbəti köç karvanları rayon mərkəzinə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailə (29 nəfər) köçürülüb.
Oxşar xəbərlər
Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır. Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf v...