Bərdənin 18 kəndi və iki qəsəbəsində qaz KƏSİLƏCƏK
02
iyn
2026
15:27
Bərdə rayonunda bir sıra yaşayış məntəqələrinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 5-də saat 11:00-dan etibarən işlər başa çatanadək Bərdənin 18 kəndi və iki qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Hansı kənd və qəsəbələrdə qazın verilişinin dayandırılacağı isə açıqlanmayıb.
Oxşar xəbərlər
Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək
Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə...