Bərdədə qəribə hadisə: "Beş aydır qaz sayğacı yoxdur, amma borc gəlməyə davam edir"
Bərdədə vətəndaşlardan biri təxminən beş aydır evinin qaz sayğacının olmadığını, buna baxmayaraq, telefonuna qaz sərfiyyatı və borc barədə bildirişlərin gəldiyini bildirir.
Baku TV-yə danışan vətəndaş bildirib ki, qaz sayğacı ilə yanaşı, işıq sayğacı da yoxa çıxıb. Lakin işıq sayğacı aidiyyəti qurum tərəfindən bərpa edilsə də, qaz sayğacının quraşdırılması ilə bağlı tədbir görülməyib:
"Qaz sayğacımız oğurlanıb, beş aydır sayğac yoxdur. Amma sistemdə altıncı aya kimi sərfiyyat göstərilir və borc hesablanır. Hara şikayət edirəmsə, müraciətimizə baxan yoxdur. Əgər bu sayğac işlək deyilsə, niyə sərfiyyat göstərir?"
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildiril...