Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?
Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır.
Ekspertlərin sözlərinə görə, yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir. Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. "Bolt" daşıyıcı şirkətindən bildirilib ki, hazırda tarif artımı ilə bağlı dəqiq qərar və ya rəsmi məlumat yoxdur. "Uber" şirkətindən isə qeyd edilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə dəyişiklik olub-olmayacağına dair qərar veriləcək.
Oxşar xəbərlər
Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər
Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlə...