BDU-da suçiçəyinə yoluxduğu üçün dərsə getməyən tələbə imtahana buraxılmadı - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin (BDU) suçiçəyi xəstəliyi keçirən tələbəsi qayıb limitini keçdiyi üçün imtahana buraxılmayıb.
Bu barədə tələbə tərəfindən şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Tələbənin sözlərinə görə, o, suçiçəyinə yoluxduğu üçün 24 gün dərslərdən uzaq qalıb. Daha sonra universitetə xəstəlik vərəqəsi təqdim etsə də bu onun imtahana buraxılmasına kömək olmayıb.
Məsələ ilə bağlı BDU-nun Mətbuat Xidmətinin rəhbəri Kəmalə Namazova BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu, ali məktəbin yox, Nazirlər Kabinetinin qərarıdır:
"Bu məsələ Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə tənzimlənir.
Həmin qaydalara görə, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır".
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...