BDPİ: Magistral yollarda, keçidlərdə və şəhərdaxili ərazilərdə nəzarət gücləndirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün xidmətini fasiləsiz davam etdirir. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda, keçidlərdə və şəhərdaxili ərazilərdə nəzarət gücləndirilib.
BAKU.WS xəbər verir ki, idarədən bildirilib ki, hava şəraiti ilə əlaqədar hər hansı fövqəladə halların qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə koordinasiyalı şəkildə iş aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırır.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...