Baytarlıq aptekindən alınan dərman heyvanları tələf etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə fərdi təsərrüfatların birində mal-qara dərmandan zəhərlənərək tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib.
Təsərrüfat sahibi, Laçın rayonundan məcburi köçkün olan Yasəmən İsmayılovaya məxsus təsərrüfatda dörd baş iribuynuzlu heyvan tələf olub.
Altı baş heyvanın vəziyyəti ağırdır. O iddia edir ki, tələfata səbəb baytarlıq aptekindən aldığı dərman preparatı olub.
Təsərrüfat sahibi baş verən hadisə zamanı ona 5 min manata yaxın ziyan dəydiyini bildirir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb
Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik aşkarlanıb. BAKU.WS “report”a istinadən xəbər verir k...