Bayramda ən çox alınan güllər - QİYMƏTLƏR

Bayramda ən çox alınan güllər - QİYMƏTLƏR
Sosial 80

Bahar mövsümünün yaxınlaşması ilə gül bazarında canlanma müşahidə olunur. İstixanalarda yetişdirilən rəngarəng güllər həm görünüşü, həm də münasib qiymətləri ilə alıcıların diqqətini cəlb edir. Lakin bu gözəlliyin arxasında böyük zəhmət və davamlı qulluq dayanır.

Güllərin yetişdirildiyi istixanalarda həm yerli, həm də xaricdən gətirilmiş toxumlardan istifadə olunur.

Hər bir gül gündəlik zəhmət, səbr və diqqətin nəticəsidir. Onun sözlərinə görə, güllərin satışa hazır vəziyyətə gəlməsi üçün mütəmadi suvarma, torpağın yenilənməsi və bitkilərin müxtəlif xəstəliklərdən qorunması vacibdir.

BAKU.WS-in məlumatına görə, istixanalarda müxtəlif növ dibçək gülləri yetişdirilir. Məsələn, primula bitkilərinin qiyməti təxminən 80 qəpikdən başlayır. Qış mövsümünü sevən və sərin mühitdə daha yaxşı inkişaf edən siklamen gülləri isə 4.20 AZN-dən satışa təqdim olunur. Digər məşhur dibçək bitkilərindən olan geranium (sardunya) güllərinin qiyməti isə 2 manatdan başlayır. Bu bitkilərin əksəriyyəti yerli istixanalarda yetişdirilir, dibçəkləri dəyişdirilir və mərhələli şəkildə böyüdülür.

Qeyd edək ki, son illər alıcılar daha çox dibçək güllərinə üstünlük verir. Bunun əsas səbəbi onların daha uzunömürlü və davamlı olmasıdır. Ən çox tələbat görən güllərdən biri isə orkideya hesab olunur. Bir çubuqlu yerli istehsal orkideya təxminən 15 manata, idxal olunan məhsullar isə 27–30 manat civarında təklif edilir.

Qeyd edək ki, Azərbaycanda gül idxalı əsasən Ekvador, Türkiyə və Niderland kimi ölkələrdən həyata keçirilir. Bir vaxtlar ölkədən xaricə gül ixracı olsa da, hazırda bazarda əsas pay idxal məhsullarına məxsusdur.

Son xəbərlər