Bayram üçün ucuz və sərfəli bazarlıq etmək istəyənlərin NƏZƏRİNƏ! - Bu ünvanlarda...

Paytaxtda ənənəvi Novruz yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar ilk növbədə metrostansiyaların yaxınlığında quraşdırılıb.
BAKU.WS-in məlumatına görə, yarmarkada əsasən yerli məhsullar satışa çıxarılıb.
Məhsulların qiymətlərində ötən illə müqayisədə 30-40 faiz ucuzluq müşahidə olunur. Misal üçün ötən il Xaçmaz məhsulu olan 16-17 manata təklif edilən fındıq ləpəsi bu gün 13 manata satılır. Bundan əlavə ötən il Şəkidən gətirilən və 15 manata təklif edilən qoz ləpəsi də 13 manatdır.
Yarmarkada qiymətlər çərəzlərə görə dəyişir. Fındığın 1 kiloqramı 6 AZN, qozun 5 AZN, şabalıdın 10 AZN, kişmişin 7-10 AZN, iydənin isə 8 AZN-dir. Bir sözlə Novruz xonçasının hazırlanması üçün ən azı 50 AZN xərcləmək lazımdır.
Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi bayram yarmarkaları "Nərimanov", "Gənclik", "İnşaatçılar", "Qara Qarayev" və "Koroğlu" metrostansiyalarının yaxınlığında fəaliyyət göstərir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...