Bayram günlərində qidadan zəhərlənənlərin sayı açıqlandı
21
mar
2025
11:09
Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.
BAKU.WS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.
"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.
Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.
Oxşar xəbərlər
Şəhər böyüyür, yollar daralır: Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir?
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb. Bakıda ictimai nəqliyyatda yaranan sıxlıq, avtobuslarda sərnişinlərin üzləşdiyi problemlər və marşr...