Baş redaktor Nəcəf Həsənov kanaldan ayrıldı
02
sen
2025
08:27
Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı kanaldan ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.
"Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb, sağollaşdım. Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çoxsaylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür", - deyə Nəcəf Həsənov yazıb.
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...