Baş Prokurorluq: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək məsuliyyət yaradır
Azərbaycanda erkən evliliyin tənzimlənməsi dövlət siyasətinin əsas prioritet məsələlərindən biridir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsində canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.
O bildirib ki, nikah yaşının 1 yaş aşağı salınması ilə bağlı müddəa aradan qaldırılıb: "Hazırda hər iki cins üçün nikah yaşı 18 yaşdır. Dini kəbin kəsmə də insanları məsuliyyətdən kənarda qoymur. İnzibati Xətalar Məcəlləsində yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirməyə görə də cərimələr müəyyən edilib. Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək məsuliyyət yaradır".
Oxşar xəbərlər
Azov dənizində dron hücumunda həlak olan Məhəmməd Əliyev Zaqatalada dəfn olunub
Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan kapitan köməkçisi Məhəmməd İlham oğlu Əliyev dəfn olunub. BAKU.WS APA-ya istinadən xəbər verir ki...