"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanıldı

Barselonanın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanıldı
Foto
Sosial 226

Bu gündən etibarən "ASK Arena" futbol stadionunda yenidənqurma işlərinə start veriləcək. Bu işlər "Barselona" futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir.

BAKU.WS xəbər verir ki, sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunacaq.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:

1. Futbol meydançalarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi;

2. İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş soyunub-geyinmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmiri;

3. Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi.

Son xəbərlər