Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib

Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib
Sosial 67

Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.

BAKU.WS xəbər verir ki, bunu report-un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupun üzvü Zaur İsmayılov Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə qızğın döyüşlər gedib:

"Şahid ifadələrinə əsasən, 1993-cü ildə burada gedən qızğın döyüşlər zamanı Azərbaycan Ordusunun bir bölüyü mühasirəyə salınaraq məhv edilib. Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid edilən qalıqlar aşkar olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Qalıqların götürüldüyü ərazilərdə alt səth yenidən yoxlanılacaq".

Son xəbərlər