Balıqdan ötrü ürəyi gedənlərin nəzərinə - Bazarda qiymətlər necədir?

Balıqdan ötrü ürəyi gedənlərin nəzərinə - Bazarda qiymətlər necədir?
Video
Sosial 116

Keşlə bazarında həm yerli, həm də xarici balıqlar satışa çıxarılıb. Qiymətlər balığın növünə görə dəyişir.

Satıcıların sözlərinə görə, havaların isti keçməsinə baxmayaraq, yaxın günlərdə alıcılıq qabiliyyətinin daha da artacağı gözlənilir.

"Hazırda beluqa balığının kilosu 30 manata satılır, balıqları isə kəsilib təmizlənmiş şəkildə satırıq", ‒ satıcılardan biri qeyd edib.

Paytaxtda piştaxtaları bəzəyən dəniz məhsulları arasında Salyandan gətirilən balıqlar da kifayət qədərdir. Qiymətlər isə ötən ildən fərqlidir.

"Keçən il kilosunu 4-5 manata satdığımız balığı bu il 6-7 manata satırıq", – deyə balıqçı bildirib.

Daha ətraflı Baku.Tv-nin materialında:

Son xəbərlər