Balakəndə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Balakən rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq "Zaqatala-2" hava xəttində sentyabrın 8-10-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq "Qafqaz" yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
İftar vaxtı - 11 mart 2026: Ramazanın 21-ci günü
Ramazan ayının iyirmi birinci günündə - 11 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın 20-ci günü üçün...