BAKU.WS "Instagram" - 1 MİLYON İZLƏYİCİYƏ ÇATDIQ

BAKU.WS Instagram - 1 MİLYON İZLƏYİCİYƏ ÇATDIQ
Sosial 299

BAKU.WS-in "Instagram" səhifəsinin istifadəçilərinin sayı bir milyonu ötüb. 2017-ci ilin dekabr ayından İnstaqramda fasiləsiz və gecə-gündüz fəaliyyət göstərən BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib.

Xəbər səhifəsində dünyanın müxtəlif guşələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS-in "Instagram" səhifəsi 5 il ərzində Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.

Qeyd edək ki, BAKU.WS Azərbaycanın Instagram seqmentində rəsmi xəbər səhifəsi kimi 1 milyon izləyicisi olan olan ilk və yeganə səhifədir.

BAKU.WS-in rəsmi səhifəsindəki paylaşımları son 1 ayda 2,9 milyon izləyici, son 3 ay ərzində isə ümumilikdə 3,8 milyondan çox izləyici görüb.

Həmçinin ötən ay ərzində paylaşımlar 242 milyondan çox, 90 gün ərzində isə 585 milyondan çox baxış toplayıb.

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5627 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər