"BakuBus"da YENİ QADAĞA - Sərxoş halda sərnişinlərin avtobusa minməsinə icazə verilməyəcək
20
iyl
2018
17:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC qəfəsdən kənarda olan ev heyvanlarının, eləcə də içkili sərnişinlərin avtobuslarına daxil olmasını qadağan edib.BAKU.WS xəbər verir ki, bu barədə şirkətin direktor müavini Azər Qasımov bildirib."Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir", - deyə Azər Qasımov vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Avtobuslardan ödənişsiz istifadə nə vaxta qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA
Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.“BakuBus” MMC-dən BAKU.WS-ə verilən məlumata görə, iyulun 3-ü saat 19:00...