"BakuBus"la gedib-gələnlərin NƏZƏRİNƏ - Yeni dərs ilindən…
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq "BakuBus" MMC paytaxtda sərnişinlərin rahat və fasiləsiz daşınmasını təmin etmək üçün xüsusi tədbirlər görür.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bütün marşrut xətləri marşrut pasportlarında nəzərdə tutulan intervallar əsasında idarə olunur.
"Günün pik saatlarında sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə xəttə əlavə rezerv avtobuslar buraxılacaq və bunun nəticəsində marşrutlar üzrə intervallar azaldılacaq".
""BakuBus" MMC gündəlik monitorinqləri davam etdirir, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün operativ tədbirlər görür", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...