BAKU.WS-in "Instagram" səhifəsindən 700 milyonluq REKORD

BAKU.WS-in Instagram səhifəsindən 700 milyonluq REKORD
Foto
Sosial 146

BAKU.WS-in "Instagram" səhifəsi daha bir izləyici rekordu müəyyənləşdirib.

Belə ki, BAKU.WS-in rəsmi "Instagram" səhifəsi 90 gün ərzində inanılmaz izləyici kütləsini əhatə edib. Səhifədəki paylaşımlar 3 ay ərzində 712 milyon baxış toplayıb. Bu müddət ərzində paylaşımlara  15 milyondan çox bəyənmə və 700 minə yaxın şərh gəlib.

Eyni zamanda son 3 ayda 9,1 milyondan çox izləyici də paylaşımları görüb. 

90 gün ərzində səhifəni ziyarət edənlərin sayı 6,3 milyonu ötüb. Bu da onun göstəricisidir ki, "Instagram" lentində BAKU.WS paylaşımını görən izləyicilər səhifəyə daxil olaraq digər paylaşımlara da nəzər yetirirlər.

2023-cü ildə paylaşımlara 500 milyon baxış gəlib və bu paylaşımlar 3.6 milyondan çox izləyiciyə çatıb. Hazırki rəqəmlər isə ( 712 milyon baxış, 9,1 milyondan çox izləyiciyə çatma ) son 2 ildə BAKU.WS instaqram səhifəsinin statistikasının 2 dəfədən çox artdığını göstərir. 

BAKU.WS bundan sonra da fasiləsiz və gecə-gündüz fəaliyyət göstərməklə yeni rekordlara imza atacaq. Biz operativ və dəqiq paylaşımlarla izləyicilərin xəbərdə etimad yeri olmaqda davam edəcəyik.

Son xəbərlər