BAKU.WS-in əməkdaşı "Rəqəmsal Savadlılıq" sertifikatına layiq görülüb

BAKU.WS-in əməkdaşı Rəqəmsal Savadlılıq sertifikatına layiq görülüb
Foto
Sosial 37

Bu gün iki ay davam edən "Rəqəmsal Savadlılıq" təlim proqramının 37 məzununa sertifikatlar təqdim olunub.

Bununla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı tədbir keçirilib.

İştirakçılar arasında BAKU.WS xəbər portalının əməkdaşı Orxan Hüseynov da yer alıb.

Qeyd edək ki, jurnalistlər üçün təşkil olunan "Rəqəmsal Savadlılıq" təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir.

Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələri üçün əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.

Son xəbərlər