Baku Ekspo Mərkəzinə avtobusla getmək ÇƏTİNLƏŞİB

Baku Ekspo Mərkəzinə avtobusla getmək ÇƏTİNLƏŞİB
Foto
Sosial 293

Bakıda keçirilən beynəlxalq sərgi və tədbirlərin əsas ünvanlarından biri olan Baku Ekspo Mərkəzinə ictimai nəqliyyatla gələnlər bir sıra problemlərlə üzləşirlər.

BAKU.WS-in məlumata görə, dayanacaqdan Expo-ya qədər olan yolun əlverişsizliyi həm yerli sakinlər, həm də xarici qonaqlar üçün çətinlik yaradır.

Bu isə nə rahatlıq, nə də inklüzivlik baxımından qənaətbəxş sayılır.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev məsələyə münasibət bildirərək vəziyyətin yaxşılaşdırılması üçün konkret təkliflər irəli sürüb:

Dayanacağın yaxınlaşdırılması və ya əlavə dayanacaq yaradılması;

Keçidin pandus, lift və işıqlandırma ilə daha rahat və təhlükəsiz edilməsi;

Aydın işarələmə və rəqəmsal həllərin tətbiqi (məsələn, QR kodlu xəritə);

Böyük tədbirlər zamanı shuttle-servis avtobuslarının təşkili.

Ekspertin fikrincə, kiçik dəyişikliklər belə, qonaqların Baku Ekspo Mərkəzinə gediş-gəlişini xeyli rahatlaşdıra bilər.

Qeyd edək ki, son illərdə Bakıda iri tədbirlərin sayı artdığından, nəqliyyat əlçatanlığı məsələsi də daha çox diqqət tələb edir. Belə addımlar həm şəhərin imicini gücləndirər, həm də paytaxtı ziyarət edən qonaqların rahatlığını təmin etmiş olar.

Oxşar xəbərlər

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib. BAKU.WS Xəzər TV-yə...

34 Sosial 23:44 27 oktyabr 2025

Son xəbərlər