Bakının gül mağazalarında 8 Mart öncəsi qiymətlər (FOTO)

Bakının gül mağazalarında 8 Mart öncəsi qiymətlər (FOTO)
Sosial 3777

 

8 Mart - Beynəlxalq Qadınlar Gününə hələ iki gün qalsa da, artıq  kişilər öz xanımlarını təbrik etmək üçün gül mağazalarına yollanırlar. Xeyr, onlar hələ gül almaq fikrində deyillər. Sadəcə olaraq, indidən gülün behini vermək lazımdır...

Musavat.com-un əməkdaşı Bakıda yerləşən bir çox məşhur gül mağazalarında eyni halın şahidi olub. Belə ki, sakinlər öncədən gələrək sifarişlərini və onun qiymətinin müəyyən bir hissəsini ödəyirlər. Martın 8-də isə pulun qalan qismini də ödəməklə hazır olan gül buketini götürəcəklər. Bunun səbəbi  isə satıcıların müştərilərə, 8 martda güllərin qiymətinin arta biləcəyi anonsunu vermələridir.  

Bakıda yerləşən məşhur gül mağazalarından birinin satıcısı Rəşad bildirdi ki, insanlar ən çox qızılgül almağa üstünlük verirlər: "Elə ona görə də biz içərisində 5 ədəd qızılgül olan buketlər hazırlamışıq. Bunların isə qiyməti hələ ki, 25-30 manatadır. Ancaq bu tələbatdan asılı olaraq, 8 mart günündə arta da bilər. Sadə bazar prinsiplərinə görə tələbat artdıqca qiymət də artır. Ümumilikdə isə qızılgül tək-tək 4-5 manata satılır. Hazırda bir ədəd qızılgülün qiyməti 4 manatadır. Bundan başqa insanlar tülpan gülünə də maraq göstərirlər. Qızılgüldən sonra əsasən tülpan alanlar çoxdur. Onların da qiyməti yuxarıda söylədiyim kimidir. Ən bahalı güllər pionlar, qartenzalar və liliyalardır. Bunların da bir ədədinin qiyməti 5-8 manatadır. Adi günlərdə insanlar gül almırlar. Elə gün olur ki, bir ədəd də olsun, gül satmırıq. Bizim də işlədiyimiz gün bircə 8 Martda və nisbətən də digər bayramlarda olur. Devalvasiya ilə bağlı xərclərimiz artsa da, güllərin qiymətində elə də dəyişiklik etməmişik. Yəni ötən illərdə də 5 ədəd güldən ibarət buket 25-30 manata idi, indi də bu, belədir. Alıcı yoxdur. Son zamanlar gülləri alan olmur, atırıq gedir. Ona görə də devalvasiyadan sonra qiymət artımına getmədik”.

Mağazalardan başqa, şəhərin insanların çox olduğu yerlərində də əllərində gül satanlara rast gəlmək olur. Misal üçün metronun "Elmlər Akademiyası” stansiyasının ətrafında bir neçə gün öncəyə qədər qızılgülün bir ədədini 1 manata satırdılar. Lakin hazırda həmin şəxslər qızılgülü nərgizlə əvəz ediblər. Onlar bildirdilər ki, artıq qızılgül gətirə bilmirlər. Çünki onların ucuz qiymətə aldıqları ünvanlarda qiymət qalxıb. 

Ona görə də kiçik dəstəsini 50 qəpiyə satdıqları nərgiz gülünə üstünlük verirlər. Küçələrdə yaşlı qadınlar, kişilər qucaqlarında satdıqları nərgiz güllərinin yerli güllərimiz olduqlarını bildirdilər. 

Onlar həmçinin qeyd etdilər ki, elə bir zamanlar satdıqları qızılgüllər də yerli güllərimiz idi. Ona görə də həmin güllər mağazalarla müqayisədə ucuz qiymətə satılırdı. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər