Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar bu gün saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...