Bakının “Taxta bazarı”ndakı yanğına görə sığorta ödənişi verilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.
"Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada "Daşınmaz əmlakın icbari sığortası" deyil, "Əmlakların yanğından və digər risklərdən sığortası" aktualdır. Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır
Azərbaycanda yaxın müddətdə daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bu barədə jurnalistlərə məlumat verən İcbari Sığorta Bürosunun icraç...