Bakının qəsəbələrinə 9 metrlik avtobuslar işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"İndiyə qədər Bakıda sərnişin daşıyıcıları 51% optimallaşdırılıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
"Təkcə ötən il 21% daşıyıcı optimallaşdırılıb. Məqsədimiz Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa salmaqdır. Bakı şəhəri kimi meqapolislərin sayı 5-10 arasında dəyişir. Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir.
Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusları ilə bağlı yeni təklif hazırlanıb
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtla...