Bakının Fəvvarələr meydanı yaxınlığında qanunsuz zəbtetmənin qarşısı alınıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) ictimai sahənin qanunsuz zəbt edilməsinin qarşısını alıb.
BAKU.WS bu barədə komitəyə istinadən xəbər verir.
Məlumata görə, eyni ünvanda ötən ilin martında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub. İdarə şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınıb, söküntü işləri aparılmış və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə rayon İcra Hakimiyyətinə müraciət edilib.
"Baş İdarə dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq etsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılıb və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" ke...