Bakının ən problemli dairələrindən biri: Sıxlıq, xaos və keçilməz yollar

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki verilişdə paytaxtın "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazisində sürücüləri narahat edən problem müzakirə olunub.
Verilişdə bildirilib ki, beş girişi və beş çıxışı olan dairənin Cavadxan küçəsi istiqamətindəki çıxışında quraşdırılmış işıqfor ciddi sıxlığa səbəb olur: "Nəqliyyat vasitələrinin Cavadxan küçəsi istiqamətində hərəkətinin intensivliyi bir çox hallarda dairədəki hərəkəti iflic edir".
Qeyd olunub ki, "3-cü mikrorayon dairəsi"ndə - istər Ceyhun Səlimov, istər Asif Məhərrəmov, istərsə də Cavadxan küçələri istiqamətində - günün istənilən saatında sıxlıq müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, sıxlığın əsas səbəbi dairəyə daxil olan nəqliyyat vasitələrinin sayının həddindən artıq çox olmasıdır. Belə ki, dairənin ötürücülük qabiliyyəti bu qədər nəqliyyat yükünü daşımağa uyğun deyil.
Ətraflı süjetdə:

Oxşar xəbərlər
Ülkər Behbutovaya yüksək vəzifə verildi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub. BAKU.WS Banker.az-a istinadən xəbər verir ki, Bu barədə bununla bağlı Azərb...