Bakının daha bir prospektində avtobus zolaqları təşkil edilib - FOTO

Bakının daha bir prospektində avtobus zolaqları təşkil edilib - FOTO
Foto
Sosial 298

Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir. Bu çərçivədə M.K.Atatürk prospekti üzrə üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.

Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140 000 nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobsularda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsuz yerə artır.

Zolağın təşkili ilə isə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BNA: Avtobus zolaqları boyunca kütləvi qanunsuz parklanma halları müşahidə olunur - VİDEO

BNA: Avtobus zolaqları boyunca kütləvi qanunsuz parklanma halları müşahidə olunur - VİDEO

Q.Qarayev prospekti – M.Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq, əksər sürücülər tərəfindən qayd...

318 Sosial 23:40 26 yanvar 2021

Son xəbərlər