Bakının bu yollarından keçməyin - 20 fevrala qədər ..

Bakının bu yollarından keçməyin - 20 fevrala qədər ..
Sosial 314

Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə 18 fevral saat 22:00-dan etibarən 19 fevral səhər saatlarınadək üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, üfüqi nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki istiqaməti üzrə 19 fevral səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər, həmçinin axşam saat 22:00-dan 20 fevral səhər saat 05:00-a qədər də icra olunacaq.

20 fevral tarixində gün ərzində isə xətlənmə işləri Neftçilər prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam etdiriləcək.

Bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər