Bakının bu ünvanında insanlar dağıntılar altında qalma təhlükəsi ilə üz-üzədir
Bakının Mayakovski küçəsi, 15 ünvanında yerləşən və 92 il əvvəl tikilmiş bina qəzalı vəziyyətdədir.
Köhnə binada 59 ailə, 250 dən çox sakin hər gün dağıntılar altında qalma təhlükəsi ilə üz-üzədir.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumların qəbulunda olublar, amma qəzalı vəziyyətdə olan bina haqda hələ də tədbir görülmür. Buna səbəb isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bina haqda lazımi rəyi verməməsidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, bina 2011-ci ildə qəzalı elan edilib. Həmin dövrdə sakinlərlə razılıq əldə olunmadığından köçürülmə prosesi başlasa da, bugünədək bitirilməyib. Hazırda qəzalı binanın mənzillərinin sahələrinin dəqiqləşdirilməsi və qiymətləndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən davam etdirilir.
Oxşar xəbərlər
Evinin çıxarışı olmayan şəxslər üçün VACİB XƏBƏR - 2026-cı ildə...
"Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin sayı rəsmi olaraq dəqiq bilinmir və mövcud ehtimallara görə bu rəqəm 500 mindən artıqdır, çünki daşınmaz əmlakın vah...