Bakının bu küçəsinə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
02
okt
2024
11:41
Oktyabrın 5-də, saat 00:00-dan Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət
Bakıda yerləşən 20 nömrəli uşaq poliklinikasının Qeydiyyat şöbəsində yaranan problem vətəndaşların narazılığına səbəb olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər ver...