Bakının bu ərazisində "xruşovka"lar sökülür - FOTO

15
noy
2021
10:09
Bakının Yasamal rayonunda "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.
Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.
"Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda 100-dən çox bina SÖKÜLƏCƏK - SİYAHI - FOTO - VİDEO
Səbail rayonu, Badamdar qəsəbəsində baş verən, 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə bir daha Bakıda qəzalı binaların hər an ölüm təhlükəsi...