Bakının bu ərazilərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədi ilə bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən BAKU.WS-ə bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsinin, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və Suraxanı rayonunda yerləşən MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...