Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Naxçıvana 37 sm qar yağıb
Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliy...