Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin m...
