Bakının bir küçəsində edilən son dəyişikliklərdən sonra ortaya çıxan mənzərə
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol hərəkətinin təşkilində edilən son dəyişikliklərdən sonra ortaya çıxan mənzərə haqqında məlumat verilib.
Bildirilib ki, İnşaatçılar prospektində velosiped zolağı yoxdur, lakin sağa dönən kimi avtomobil enində üzü yoxuşa doğru mikromobillik zolağı başlayır: "Günün pik saatlarında yanındakı avtobus zolağı ilə birlikdə yolun böyük hissəsini tutan bu boş zolaq əlavə sıxlığa səbəb olur".
Qeyd edilib ki, Şəfaət Mehdiyev küçəsinə yaxın hissədə əvvəl geri dönmə yeri var idi, indi isə bu nöqtədə qoşa xətt var: "Əvvəl Şəfaət Mehdiyev küçəsinə sola dönməyə icazə verilmirdisə, indi təxminən 10 saniyə ərzində buna icazə verilir". Diqqətə çatdırılıb ki, Şəfaət Mehdiyev küçəsindən sola dönəndə əvvəlki üç zolaq indi iki zolaqla əvəz edilib: "Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə üzü İncəsənət Universiteti tərəfə gələndə sol zolaq geri dönmək üçün nəzərdə tutulub.
Nəticə isə belədir: sıxlıq artıb, üfüqi nişanlanma xətləri olsa da, məlumatverici yol nişanları yoxdur".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA
Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib. BAKU.WS Xəzər TV-yə...