Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib.
BAKU.WS-in məlumatına görə, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisindəki bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən olunub:
"Sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar paytaxtımızın istiqaməti dəyişdirilmiş və məhdudlaşdırılmış küçə və prospektlərinə yeni hərəkət sxemi müəyyən olunub.
Belə ki, Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva, Kövkəb Səfərəliyeva, şəhərdən çıxış istiqaməti təmin edilib.
Əlavə olaraq Azadlıq prospekti-Nizami küçəsi ilə sağa, Kövkəb Səfərəliyeva-Yusif Səfərov küçələri ilə də hərəkət müəyyən olunub".
"Sürücülərdən bu günlərdə xüsusi ilə şəxsi nəqliyyat vasitələri ilə hərəkəti maksimum məhdudlaşdırmağı, daha çox ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik", - DYP rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...