Bakıda müəmmalı olay - Gecə ilə parkda... - FOTO

Bakıda müəmmalı olay - Gecə ilə parkda... - FOTO
Foto
Sosial 344

Ötən həftə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda istirahət etmək üçün skamyaların olmaması barədə xəbər vermişdik.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətin ardınca Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işləri aparıb, işıqlandırma yenilənib və skamyalar quraşdırılıb.

Bu gün səhər isə parka gedən sakinlər qəribə vəziyyətlə üzləşiblər. Belə ki, parkda qoyulan skamyalar və zibil qutusu naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq tərs çevrilib. Hadisə əraziyə gələnlərin çaşqınlığına səbəb olub.

Sabunçu Rayon İcra Hakimiyyəti də baş verənlərdən xəbərdardır. Qurumdan BAKU.WS-ə bildirildi ki, hadisə barədə polisə məlumat verilib.

Parkdan fotoları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"

AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

91 Sosial 18:27 15 dekabr 2022

Son xəbərlər