Bakıətrafı qəsəbə sakinlərə şad xəbər: Yeni marşrut xətti istifadəyə verilir - FOTO

Bakıətrafı qəsəbə sakinlərə şad xəbər: Yeni marşrut xətti istifadəyə verilir - FOTO
Foto
Sosial 821

Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılması üzrə işlər davam etdirilir.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu çərçivədə 115 nömrə adı altında Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.

Yeni xətt üzrə avtobuslar oktyabrın 5-dən fəaliyyət göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər