Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35 %-i yenilənib

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35 %-i yenilənib
Sosial 46

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35 %-i yenilənib.

Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub. İllər üzrə keçirilən müsabiqələr belədir: 2023-cü il - 190 marşrut reysi üzrə, 2024-cü il - 254 marşrut reysi üzrə, 2025-ci il - 380 marşrut reysi üzrə.

Bildirilib ki, müsabiqələr nəticəsində 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən regionlara fəaliyyət göstərən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib. Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 %-i "biletim.az" portalına qoşulub.

Son xəbərlər