Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunur
16
iyn
2023
13:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib.
"O cümlədən, Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkərana dənizlə 4-5 saata gedilirdi və bu, müəyyən qədər rahatlığı təmin edə bilirdi", - deyə o, əlavə edib.
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...