Bakıdakı bu məktəbdə şagirdlərdən attestat üçün 20 AZN yığılıb? - RƏSMİ CAVAB
12
iyn
2025
19:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdakı 264 nömrəli məktəb-liseydə Attestat üçün hər şagirddən 20 manat pul istənilir.
BAKU.WS xəbər verir ki, bu iddianı övladı Bakıdakı 264 nömrəli məktəb-liseydə təhsil alan valideyn səsləndirib.
İddia ilə bağlı təhsil ocağından BAKU.WS-ə açıqlama bildirilib.
Qeyd edilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.
Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...