Bakıda yollarda avtobusların hərəkətində çətinlik yaranıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində saat 15:30 radələrindən başlayaraq müşahidə olunan sıxlıq və tıxac davam edir.
BAKU.WS xəbər verir ki, bu barədəBakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.
Qeyd olunur ki, bəzi sürücülərin yol kəsişmələrini keçmə qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində qeyri-qanuni parklanma halları, hərəkət zolaqlarının tələblərinin pozulması sıxlığın əsas səbəblərindədir.
Həmçinin, sabahdan bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırıldığından vətəndaşların şəxsi minik avtomobilləri ilə səyahət etməsi sıxlığı daha da artırıb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...