Bakıda yol hərəkətini tənzimləmək üçün YENİLİK - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində yeni qurğular quraşdırılır.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, agentlik tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib. Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.
İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...