Bakıda yeni tikilən yollar bu tarixlərdə istifadəyə veriləcək - RƏSMİ

Bakıda yeni tikilən yollar bu tarixlərdə istifadəyə veriləcək - RƏSMİ
Açıqlama
Sosial 128

"Yol infrastrukturu ilə bağlı 4 yolun tikintisi davam edir, daha dörd layihə üzrə işlərə başlanılacaq".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasına həsr olunmuş dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində nəzərdə tutulmuş layihələrdən 4-ü üzrə tikinti işləri icra edilir:

"Bunlardan "Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M-4" avtomobil yolunun təqribən 60%-i tamamlanıb, işlərin 2026-cı ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Bu layihənin davamı olan "VAZ dairəsi-M4 Şamaxı yolu" layihəsində işlərin təqribən 20%-i tamamlanıb. İnşa işlərinin 2027-ci ildə bitməsi planlaşdırılır.

"Akademik Həsən Əliyev-"Koroğlu" metrostansiyası" layihəsinin 50%-i tamamlanıb, 2026-cı ilin ikinci yarısında yekunlaşacağı gözlənilir. "Xaqani Rüstəmov-Ağa Neymətulla" layihəsi üzrə işlərə 2025-ci ilin sonunda başlanılıb, 2027-ci ilin sonunda başa çatdırılması planlaşdırılır".

Son xəbərlər