Bakıda yeni tələbə şəhərciyi istifadəyə verilib
10
okt
2019
13:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Neft və Sənaye Universitetinin yataqxanasının yerində ötən il ərzində inşa edilən yeni yataqxana artıq istifadəyə verilib".BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.Nazir qeyd edib ki, "Univerium" tələbə şəhərciyində tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb:"Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparmaları, dərs oxumaları, eyni zamanda idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Xüsusi qeyd edim ki, bu yataqxananın tikintisinə dövlət vəsaiti sərf edilməyib. Yataqxana tikintisi dövlət-özəl sektor partnyorluğu əsasında həyata keçirən layihədir".Nazir bildirib ki, ali təhsil müəssisələrində tələbələr üçün yataqxana imkanlarının genişləndirilməsi hər zaman qarşıda duran prioritet istiqamətlərdəndir:"Bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Gəncə Dövlət Universitetinin böyük yataqxana kampusunda məcburi köçkünlər məskunlaşmışdı. Həmin məcburi köçkünlər yeni tikilmiş şəhərciyə köçürüləndən sonra orada yenidənqurma, təmir işləri həyata keçirilməyə başlayıb. Bir neçə aydan sonra çox böyük korpusdan ibarət yataqxana Gəncə Dövlət Universitetinin tələbələrinin ixtiyarına veriləcək. Digər bir sıra universitetlərdə də yaxın zamanlarda oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulub".
Oxşar xəbərlər
Kirayə qalmağa imkanı olmayan tələbələrin yataqxana problemi – VİDEO
ARB TV xəbər verir ki, ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra tələbə adı qazananların bir qisminin sevinci uzun sürmür.Hər il o...