Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ
Bakıda metro şəbəkəsinin genişləndirilməsi və yeni stansiyaların tikintisi ilə bağlı layihələr böyük maraq doğurur.
BAKU.WS-in məlumatına görə, yeni stansiyalar və onlar arasındakı tunellərin layihələndirilməsi üzrə işlərə artıq başlanılıb.
Bununla belə, yeni metro xətlərinin şəhərin mövcud tikililərinə, xüsusilə yaşayış və digər binaların konstruksiyalarına mümkün təsiri ilə bağlı suallar da ortaya çıxır. Xüsusilə yeraltı tikinti işlərinin binaların dayanıqlığına və zəlzələyə davamlılığına təsiri məsələsi sakinlər tərəfəindən maraqla qarşılanır.
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, yeni metro stansiyalarının və tunellərin layihələndirilməsi və tikintisi qüvvədə olan tikinti norma və qaydalarının, seysmik dayanıqlıq, geotexniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinin nəzərə alınması ilə həyata keçirilir:
"Tikintiyə başlamazdan əvvəl ərazinin mühəndis-geoloji və geotexniki şəraiti, həmçinin yaxınlıqda yerləşən bina və qurğuların mövcud vəziyyəti qiymətləndirilir. Tikinti müddətində yer səthində və ətraf tikililərdə mümkün yerdəyişmələrin nəzarətdə saxlanılması məqsədilə müvafiq geodeziya və geotexniki monitorinq tədbirləri həyata keçirilir. Layihə və tikinti həlləri ətraf tikililərin təhlükəsizliyinə və dayanıqlığına mənfi təsirlərin qarşısının alınması prinsipi əsasında müəyyən edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ
Laçın rayonunda "Laçın İşğal və Zəfər Muzeyi Kompleksi" inşa ediləcək. BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 9 milyon 905 min manat müəyyə...