Bakıda yeni kanalizasiya sistemi hansı ərazilərdə qurulacaq? - RƏSMİ

Bakıda yeni kanalizasiya sistemi hansı ərazilərdə qurulacaq? - RƏSMİ
Sosial 824

Ötən gün ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın gələcəkdə Bakıda kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq. Belə ki, böyük tunellərin və kanalizasiya kollekterlərinin inşası ilə bağlı Dövlət proqramı qəbul olunacaq.

Bəs görəsən, bu, yeni və sıfırdan qurulan sistem olacaq yoxsa, Bakıda zatən mövcud olan kanalizasiya sistemi genişləndiriləcək?

BAKU.WS olaraq məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən bildirildi ki, Bakı şəhərində müxtəlif ərazilərdə tullantı su şəbəkələri mövcuddur. Hansı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyilsə, həmin ünvanlarda yeni xətlər, yeni layihələr icra olunacaq.

"ADSEA-nın sifarişi təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Həmçinin, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə məlumata əlavə olunub.

Banu Hüseynli

Son xəbərlər