Bakıda yaşayış binasının həyəti avtomobil dayanacağına çevrilib - VİDEO

Bakıda yaşayış binasının həyəti avtomobil dayanacağına çevrilib - VİDEO
Video
Sosial 2233

Gərgin iş gününün sonunda hər bir avtomobil sahibi evə qayıdarkən sadə bir arzu ilə yaşayır. Bu, avtomobilini evinin yaxınlığında problem yaşamadan park etməkdir. 

BAKU.WS xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 17/51 ünvanında yerləşən binanın sakinlərini bu hislərdən məhrum olublar.

Sakinlər bildirirlər ki, onların həyəti avtomobil biznesi nümayəndələri tərəfindən faktiki olaraq zəbt olunub.

Sakinlərdən birinin sözlərinə görə, artıq beş ildir ki, həyət bağlanmış bir avtomobil icarəsi şirkətinə məxsus avtomobillərin saxlandığı və satış məqsədilə istifadə olunan əraziyə çevrilib. Həmin şirkət fəaliyyətini dayandırsa da, təxminən 30 avtomobil hələ də həyətdə qalıb. Bu da sakinlərin hərəkətini çətinləşdirir və onların şəxsi avtomobillərini park etməsinə imkan vermir.

Sakinlər Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarından vəziyyətə müdaxilə etmələrini və həyətin qanunsuz şəkildə yerləşdirilmiş avtomobillərdən azad olunmasına yardım göstərmələrini xahiş edirlər.

Oxşar xəbərlər

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazirin sözlə...

102 Sosial 23:55 15 aprel 2025

Son xəbərlər